GÜCLÜ SAÇ TÖKÜLMƏSİ
SAÇ STRUKTURUNUN DƏYİŞMƏSİ: KÖVRƏKLİK, SOLĞUNLUQ, SAÇQIRAN
SAÇLARIN NAZİKLƏŞMƏSİ VƏ ZƏDƏLƏNMƏSİ
SAÇLARIN VAXTINDAN ƏVVƏL AĞARMASI
Saçların sayı onların rəngindən asılıdır. Açıq rəngli saçlara sahib olanların təxminən 150º000, qaraşınların 100º000 – 110º000, kürənsaçlıların isə cəmi 90º000 saç sayı olur2.
Sağlam insan hər gün saçlarının 1%-ni itirir, bu isə 50-100 tük deməkdir3.
2/ Tərkibində olan komponentlər saç kökünü möhkəmləndirir və zədələnmiş hissələri bərpa edir, tökülməni azaldır.
3/ Saçların, dəri və dırnaqların gözəlliyini qoruyub saxlayır.
4/ Hər gün enerji və gümrahlıq bəxş edir.
5/ Emosional, fiziki və psixoloji yüklənmə zamanı orqanizmi dəstəkləyir.
SEVİNC ƏMİROVA,
MENECER, 38 YAŞ
Diyetik əlavə müxtəlif, balanslaşdirilmiş qidalanmani və sağlam həyat tərzini əvəz etmir.
Saçların yuyulma tezliyi baş dərisinin buraxdığı yağın miqdarından asılıdır.
Saçlarınızı yuyan zaman ilk növbədə saçlarınızın yuyulmasına deyil, baş dərinizə diqqət yetirin. Yalnız saçlarınızı yuduğunuz halda onlar solğun və kobud olacaq.
Lakin saçlarınızı onları təmizləyən və onlara qulluq edən "2-si 1-də" şampunu ilə yuduqda kondisionerə ehtiyac yoxdur. Saç kondisioneri zədələnmiş və ya küləyin təsirinə məruz qalmış saçların xarici görünüşünü əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. O statik elektriyi azaldaraq, saçların parlaqlığını artırır, onları möhkəmləndirir və zərərli ultrabənövşəyi şüalardan bir qədər müdafiə edir.
Kondisioner nazik saçları soldura bilər, buna görə də onu baş dərisinə və ya saçların uzunluğu boyunca deyil yalnız saç uclarına vurmaq lazımdır.
Məsələn, saçlarınızda boya varsa, boyanmış saçlar üçün şampundan istifadə edin. Saçlarınız zədələnibsə və ya kimyəvi prosedurlar aparılıbsa, "2-si 1-də" şampunundan istifadə edə bilərsiniz. Qiymətindən asılı olmayaraq bir çox şampun və kondisioner brendləri eyni üstünlükləri təmin edir.
Saçlarınızı hər çimməzdən əvvəl kondisionerlə isladaraq, xlorun zərərli təsirindən qoruyun. Üzmək üçün kip oturan papaq taxın və nəm itkisini qarşılamaq üçün üzdükdən sonra dərin təsirə malik kondisioner istifadə edin.
Saçlarınızı yalnız saç düzümü edən zaman darayın. Dişləri geniş olan daraq istifadə edin və saçlarınızı ehtiyatla darayın. Saçlarınızı darayan zaman onları dartmamağa çalışın.
Xüsusilə hava həddən artıq quru olduqda, saçlarınızın boyanma prosedurları arasında zaman aralığını artırmağa çalışın. Qışda boyama prosedurları arasında müddəti 8-10 həftəyədək uzatmağa çalışın.
Həm kimyəvi burma, həm boyama edəcəksinizsə, burma prosedurunu boyamaya 2 həftə qalmış edin.
Günəşə çıxan zaman tərkibində sink oksidi olan yuyulmayan kondisioner istifadə edin və ya geniş ucları olan papaq taxın.
Məlumat mənbələri: